Yasin surəsi azərbaycanca tərcüməsi ilə

Yasin surəsi azərbaycanca tərcüməsi ilə insan həyatına bir çox mənəvi və emosional təsir göstərir. Qurani-Kərimin 22-ci və 23-cü bəndlərində olan 36-cı surədir. Yasin surəsi güclü hidayət və hikmət təqdim edir. Onun tərcüməsini oxumaq müsəlmanlara onun mesajını daha yaxşı başa düşməyə, biliyi artırmağa və onun təlimlərini daha mənalı etməyə kömək edir. O, həmçinin gündəlik həyata aydınlıq gətirən əxlaqi və etik dərslər verir.

Yasin surəsinin 83 ayəsi, xüsusən də stress zamanı insana rahatlıq gətirə bilər. Ərəbcə oxumaq mənəvi savab gətirsə də, tərcümə vasitəsilə tam mənasını anlamaq daha dərin əlaqə yaratmağa imkan verir. Yasin surəsi 95-dən çox dildə mövcuddur ki, bu da onu bütün dünyada insanlar üçün əlçatan edir. Hər bir müsəlmana onun mesajını tam başa düşmək üçün ən azı bir dəfə tam tərcüməni oxumaq tövsiyə olunur. Oxucular üçün Yasin surəsini onlayn oxumaq və ya Yasin surəsinin tam Azərbaycanca PDF formatını yükləmək və internet bağlantısı olmadan da sürətli çıxış üçün onu öz cihazlarına saxlamaq asandır.

Yasin surəsini azərbaycanca audio dinləyin

Yasin surəsini tam olaraq Azərbaycanca tərcüməsi ilə onlayn oxuyun

36.1

يسٓ

Ya. Sin.ا

Tafseer

Tafseer

36.0

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

Mərhəmətli və Rəhmli Allahın müqəddəs adı ilə başlayınا

Tafseer

Tafseer

36.3

إِنَّكَ لَمِنَ ٱلۡمُرۡسَلِينَ

Həqiqətən, sən göndərilmiş elçilərdənsən,ا

Tafseer

Tafseer

36.2

وَٱلۡقُرۡءَانِ ٱلۡحَكِيمِ

And olsun hikmətli Qurana!ا

Tafseer

Tafseer

36.5

تَنزِيلَ ٱلۡعَزِيزِ ٱلرَّحِيمِ

Bu Quran Qüdrətli və Rəhmli Allah tərəfindən nazil edilmişdir ki,ا

Tafseer

Tafseer

36.4

عَلَىٰ صِرَٰطٖ مُّسۡتَقِيمٖ

doğru yoldasan.ا

Tafseer

Tafseer

36.7

لَقَدۡ حَقَّ ٱلۡقَوۡلُ عَلَىٰٓ أَكۡثَرِهِمۡ فَهُمۡ لَا يُؤۡمِنُونَ

Onların əksəriyyəti barəsindəki söz gerçəkləşdi. Çünki onlar iman gətirmədilər.ا

Tafseer

Tafseer

36.6

لِتُنذِرَ قَوۡمٗا مَّآ أُنذِرَ ءَابَآؤُهُمۡ فَهُمۡ غَٰفِلُونَ

ataları xəbərdar edilməmiş, özləri də qafil olan bir tayfanı xəbərdar edəsən.ا

Tafseer

Tafseer

36.9

وَجَعَلۡنَا مِنۢ بَيۡنِ أَيۡدِيهِمۡ سَدّٗا وَمِنۡ خَلۡفِهِمۡ سَدّٗا فَأَغۡشَيۡنَٰهُمۡ فَهُمۡ لَا يُبۡصِرُونَ

Biz onların önlərindən bir sədd, arxalarından da başqa bir sədd çəkdik və gözlərinə pərdə saldıq. Buna görə də onlar haqqı görmürlər.ا

Tafseer

Tafseer

36.8

إِنَّا جَعَلۡنَا فِيٓ أَعۡنَٰقِهِمۡ أَغۡلَٰلٗا فَهِيَ إِلَى ٱلۡأَذۡقَانِ فَهُم مُّقۡمَحُونَ

Həqiqətən, Biz onların boyunlarına, çənələrinə dirənmiş zəncirlər keçirtmişik. Odur ki, başları təkəbbürlə yuxarı qalxmışdır.ا

Tafseer

Tafseer

36.11

إِنَّمَا تُنذِرُ مَنِ ٱتَّبَعَ ٱلذِّكۡرَ وَخَشِيَ ٱلرَّحۡمَٰنَ بِٱلۡغَيۡبِۖ فَبَشِّرۡهُ بِمَغۡفِرَةٖ وَأَجۡرٖ كَرِيمٍ

Sən ancaq Zikrə tabe olub Mərhəmətli Allahı görmədən Ondan çəkinən şəxsi qorxuda bilərsən. Beləsini bağışlanma və çox gözəl bir mükafatla müjdələ.ا

Tafseer

Tafseer

36.10

وَسَوَآءٌ عَلَيۡهِمۡ ءَأَنذَرۡتَهُمۡ أَمۡ لَمۡ تُنذِرۡهُمۡ لَا يُؤۡمِنُونَ

Sən onları qorxutsan da, qorxutmasan da, onlar üçün eynidir, iman gətirməyəcəklər.ا

Tafseer

Tafseer

36.13

وَٱضۡرِبۡ لَهُم مَّثَلًا أَصۡحَٰبَ ٱلۡقَرۡيَةِ إِذۡ جَآءَهَا ٱلۡمُرۡسَلُونَ

Sən onlara o zaman elçilər gəlmiş şəhər sakinlərini misal çək.ا

Tafseer

Tafseer

36.12

إِنَّا نَحۡنُ نُحۡيِ ٱلۡمَوۡتَىٰ وَنَكۡتُبُ مَا قَدَّمُواْ وَءَاثَٰرَهُمۡۚ وَكُلَّ شَيۡءٍ أَحۡصَيۡنَٰهُ فِيٓ إِمَامٖ مُّبِينٖ

Həqiqətən, ölüləri dirildən, onların bu dünyada törətdiklərini və tərk etdiklərini yazan Bizik. Biz hər şeyi açıq-aydın Yazıda (Lövhi-məhfuzda) qeydə almışıq.ا

Tafseer

Tafseer

36.15

قَالُواْ مَآ أَنتُمۡ إِلَّا بَشَرٞ مِّثۡلُنَا وَمَآ أَنزَلَ ٱلرَّحۡمَٰنُ مِن شَيۡءٍ إِنۡ أَنتُمۡ إِلَّا تَكۡذِبُونَ

Onlar dedilər: “Siz də bizim kimi sadəcə bir insansınız. Mərhəmətli Allah sizə heç bir şey nazil etməmişdir. Siz ancaq yalan danışırsınız”.ا

Tafseer

Tafseer

36.14

إِذۡ أَرۡسَلۡنَآ إِلَيۡهِمُ ٱثۡنَيۡنِ فَكَذَّبُوهُمَا فَعَزَّزۡنَا بِثَالِثٖ فَقَالُوٓاْ إِنَّآ إِلَيۡكُم مُّرۡسَلُونَ

O zaman onlara iki nəfər elçi göndərdik, amma onlar ikisini də yalançı saydılar. Biz də elçilərimizi üçüncüsü ilə qüvvətləndirdik. Elçilər: “Həqiqətən, biz sizə göndərilmiş elçilərik”– dedilər.ا

Tafseer

Tafseer

36.17

وَمَا عَلَيۡنَآ إِلَّا ٱلۡبَلَٰغُ ٱلۡمُبِينُ

Bizim vəzifəmiz ancaq vəhy olunanı aşkar təbliğ etməkdir”.ا

Tafseer

Tafseer

36.16

قَالُواْ رَبُّنَا يَعۡلَمُ إِنَّآ إِلَيۡكُمۡ لَمُرۡسَلُونَ

Elçilər dedilər: “Rəbbimiz bilir ki, biz, həqiqətən də, sizə göndərilmiş elçilərik.ا

Tafseer

Tafseer

36.19

قَالُواْ طَـٰٓئِرُكُم مَّعَكُمۡ أَئِن ذُكِّرۡتُمۚ بَلۡ أَنتُمۡ قَوۡمٞ مُّسۡرِفُونَ

Elçilər dedilər: “Sizin uğursuzluğunuz öz ucbatınızdandır. Məgər sizə edilən öyüd-nəsihəti bəd əlamət sayırsınız? Doğrusu, siz həddi aşmış bir millətsiniz”.ا

Tafseer

Tafseer

36.18

قَالُوٓاْ إِنَّا تَطَيَّرۡنَا بِكُمۡۖ لَئِن لَّمۡ تَنتَهُواْ لَنَرۡجُمَنَّكُمۡ وَلَيَمَسَّنَّكُم مِّنَّا عَذَابٌ أَلِيمٞ

Onlar dedilər: “Biz sizdə bəd əlamət gördük. Əgər dəvətinizə son qoymasanız, sizi mütləq daşqalaq edəcəyik və bizdən sizə mütləq ağrılı-acılı bir əzab toxunacaqdır”.ا

Tafseer

Tafseer

36.21

ٱتَّبِعُواْ مَن لَّا يَسۡـَٔلُكُمۡ أَجۡرٗا وَهُم مُّهۡتَدُونَ

Sizdən heç bir mükafat istəməyən, özləri də doğru yolda olan şəxslərin ardınca gedin!ا

Tafseer

Tafseer

36.20

وَجَآءَ مِنۡ أَقۡصَا ٱلۡمَدِينَةِ رَجُلٞ يَسۡعَىٰ قَالَ يَٰقَوۡمِ ٱتَّبِعُواْ ٱلۡمُرۡسَلِينَ

Şəhərin kənarından bir kişi qaça-qaça gəlib dedi: “Ay camaat! Elçilərin ardınca gedin!ا

Tafseer

Tafseer

36.23

أَأَتَّخِذُ مِنْ دُونِهِ آلِهَةً إِنْ يُرِدْنِ الرَّحْمَٰنُ بِضُرٍّ لَا تُغْنِ عَنِّي شَفَاعَتُهُمْ شَيْئًا وَلَا يُنْقِذُونِ

Mən heç Ondan başqa məbudlar qəbul edərəmmi? Əgər Mərhəmətli Allah mənə bir zərər yetirmək istəsə, onların şəfaəti mənə heç bir fayda verməz və onlar məni xilas edə bilməzlər.ا

Tafseer

Tafseer

36.22

وَمَا لِيَ لَآ أَعۡبُدُ ٱلَّذِي فَطَرَنِي وَإِلَيۡهِ تُرۡجَعُونَ

Mənə nə olub ki, məni yaradana və hüzuruna qaytarılacağınız Allaha ibadət etməyim?ا

Tafseer

Tafseer

36.25

إِنِّي آمَنْتُ بِرَبِّكُمْ فَاسْمَعُونِ

Həqiqətən, mən sizin Rəbbinizə iman gətirdim. Mənə qulaq asın!”ا

Tafseer

Tafseer

36.24

إِنِّي إِذًا لَفِي ضَلَالٍ مُبِينٍ

Bax onda mən açıq-aydın azğınlığa düşmüş olaram.ا

Tafseer

Tafseer

36.27

بِمَا غَفَرَ لِي رَبِّي وَجَعَلَنِي مِنَ الْمُكْرَمِينَ

Rəbbim məni bağışladı və məni hörmətli adamlardan etdi”.ا

Tafseer

Tafseer

36.26

قِيلَ ادْخُلِ الْجَنَّةَ ۖ قَالَ يَا لَيْتَ قَوْمِي يَعْلَمُونَ

Şəhərin sakinləri bu kişini öldürdükdən sonra ona: “Cənnətə daxil ol!”– deyildi. O dedi: “Kaş xalqım biləydi ki,ا

Tafseer

Tafseer

36.29

إِنْ كَانَتْ إِلَّا صَيْحَةً وَاحِدَةً فَإِذَا هُمْ خَامِدُونَ

Onları məhv edən ancaq dəhşətli bir səs oldu. Onlar birdən sönüb getdilər.ا

Tafseer

Tafseer

36.28

وَمَا أَنْزَلْنَا عَلَىٰ قَوْمِهِ مِنْ بَعْدِهِ مِنْ جُنْدٍ مِنَ السَّمَاءِ وَمَا كُنَّا مُنْزِلِينَ

Biz ondan sonra xalqının üstünə göydən heç bir qoşun göndərmədik və heç göndərən də deyildik.ا

Tafseer

Tafseer

36.31

أَلَمْ يَرَوْا كَمْ أَهْلَكْنَا قَبْلَهُمْ مِنَ الْقُرُونِ أَنَّهُمْ إِلَيْهِمْ لَا يَرْجِعُونَ

Məgər onlar özlərindən əvvəl neçə-neçə nəsilləri məhv etdiyimizi və onların bir daha geriyə – bunların yanına qayıtmadığını görmürlərmi?ا

Tafseer

Tafseer

36.30

يَا حَسْرَةً عَلَى الْعِبَادِ ۚ مَا يَأْتِيهِمْ مِنْ رَسُولٍ إِلَّا كَانُوا بِهِ يَسْتَهْزِئُونَ

Vay bu qulların halına! Onlara elə bir elçi gəlməyib ki, ona istehza etməsinlər.ا

Tafseer

Tafseer

36.33

وَآيَةٌ لَهُمُ الْأَرْضُ الْمَيْتَةُ أَحْيَيْنَاهَا وَأَخْرَجْنَا مِنْهَا حَبًّا فَمِنْهُ يَأْكُلُونَ

Ölü torpaq onlar üçün bir dəlildir. Biz onu yağışla dirildir, oradan taxıl çıxardırıq, onlar da ondan yeyirlər.ا

Tafseer

Tafseer

36.32

وَإِنْ كُلٌّ لَمَّا جَمِيعٌ لَدَيْنَا مُحْضَرُونَ

Hamısı bir yerdə Bizim hüzurumuza gətiriləcəklər.ا

Tafseer

Tafseer

36.35

لِيَأْكُلُوا مِنْ ثَمَرِهِ وَمَا عَمِلَتْهُ أَيْدِيهِمْ ۖ أَفَلَا يَشْكُرُونَ

onların meyvələrindən və öz əlləri ilə becərdiklərindən yesinlər. Bəs onlar şükür etməyəcəklərmi?ا

Tafseer

Tafseer

36.34

وَجَعَلْنَا فِيهَا جَنَّاتٍ مِنْ نَخِيلٍ وَأَعْنَابٍ وَفَجَّرْنَا فِيهَا مِنَ الْعُيُونِ

Biz orada xurma bağları və üzümlüklər yaratdıq, bulaqlar qaynadıb çıxartdıq ki,ا

Tafseer

Tafseer

36.37

وَآيَةٌ لَهُمُ اللَّيْلُ نَسْلَخُ مِنْهُ النَّهَارَ فَإِذَا هُمْ مُظْلِمُونَ

Gecə də onlar üçün bir dəlildir. Biz gündüzü ondan ayırıb çıxaran kimi onlar zülmət içində qalırlar.ا

Tafseer

Tafseer

36.36

سُبْحَانَ الَّذِي خَلَقَ الْأَزْوَاجَ كُلَّهَا مِمَّا تُنْبِتُ الْأَرْضُ وَمِنْ أَنْفُسِهِمْ وَمِمَّا لَا يَعْلَمُونَ

Yerin bitirdiklərindən, insanların özlərindən və bilmədiklərindən bütün cütləri yaradan Allah pakdır, müqəddəsdir.ا

Tafseer

Tafseer

36.39

وَالْقَمَرَ قَدَّرْنَاهُ مَنَازِلَ حَتَّىٰ عَادَ كَالْعُرْجُونِ الْقَدِيمِ

Ay üçün də mənzillər müəyyən etmişik. Nəhayət, o tədricən dönüb xurma ağacının qurumuş budağı kimi əyri olur.ا

Tafseer

Tafseer

36.38

وَالشَّمْسُ تَجْرِي لِمُسْتَقَرٍّ لَهَا ۚ ذَٰلِكَ تَقْدِيرُ الْعَزِيزِ الْعَلِيمِ

Günəş də özünün qaldığı yerə axıb gedir. Bu, Qüdrətli, Bilən Allahın əzəli hökmüdür.ا

Tafseer

Tafseer

36.41

وَآيَةٌ لَهُمْ أَنَّا حَمَلْنَا ذُرِّيَّتَهُمْ فِي الْفُلْكِ الْمَشْحُونِ

Onların nəslini yüklü gəmidə daşımağımız da onlar üçün bir dəlildir.ا

Tafseer

Tafseer

36.40

لَا الشَّمْسُ يَنْبَغِي لَهَا أَنْ تُدْرِكَ الْقَمَرَ وَلَا اللَّيْلُ سَابِقُ النَّهَارِ ۚ وَكُلٌّ فِي فَلَكٍ يَسْبَحُونَ

Nə günəş aya çatar, nə də gecə gündüzü keçə bilər. Onların hər biri öz orbiti ilə üzüb gedir.ا

Tafseer

Tafseer

36.43

وَإِنْ نَشَأْ نُغْرِقْهُمْ فَلَا صَرِيخَ لَهُمْ وَلَا هُمْ يُنْقَذُونَ

Əgər istəsək, onları suya qərq edərik. Onda nə onların imdadına çatan olar, nə də onlar xilas ola bilərlər.ا

Tafseer

Tafseer

36.42

وَخَلَقْنَا لَهُمْ مِنْ مِثْلِهِ مَا يَرْكَبُونَ

Biz onlar üçün buna bənzər daha neçə-neçə minik vasitələri yaratdıq.ا

Tafseer

Tafseer

36.45

وَإِذَا قِيلَ لَهُمُ اتَّقُوا مَا بَيْنَ أَيْدِيكُمْ وَمَا خَلْفَكُمْ لَعَلَّكُمْ تُرْحَمُونَ

Onlara: “Önünüzdə olan və arxanızca gələndən (dünyada və axirətdə olan əzabdan) qorxun ki, bəlkə sizə rəhm oluna!”– deyildikdə üz çevirirlər.ا

Tafseer

Tafseer

36.44

إِلَّا رَحْمَةً مِنَّا وَمَتَاعًا إِلَىٰ حِينٍ

Yalnız Bizim onlara rəhm etməyimiz və onlara, müəyyən edilmiş vaxtadək, gün-güzəran nəsib etməyimiz istisnadır.ا

Tafseer

Tafseer

36.47

وَإِذَا قِيلَ لَهُمْ أَنْفِقُوا مِمَّا رَزَقَكُمُ اللَّهُ قَالَ الَّذِينَ كَفَرُوا لِلَّذِينَ آمَنُوا أَنُطْعِمُ مَنْ لَوْ يَشَاءُ اللَّهُ أَطْعَمَهُ إِنْ أَنْتُمْ إِلَّا فِي ضَلَالٍ مُبِينٍ

Onlara: “Allahın sizə verdiyi ruzidən sərf edin!”– deyildikdə, kafirlər möminlərə deyirlər: “Allahın istədiyi təqdirdə yedirdəcəyi kimsəni bizmi yedirdəcəyik? Siz ancaq açıq-aydın azğınlıq içindəsiniz”.ا

Tafseer

Tafseer

36.46

وَمَا تَأْتِيهِمْ مِنْ آيَةٍ مِنْ آيَاتِ رَبِّهِمْ إِلَّا كَانُوا عَنْهَا مُعْرِضِينَ

Onlara öz Rəbbinin ayələrindən elə bir ayə gəlmir ki, ondan üz döndərməsinlər.ا

Tafseer

Tafseer

36.49

مَا يَنْظُرُونَ إِلَّا صَيْحَةً وَاحِدَةً تَأْخُذُهُمْ وَهُمْ يَخِصِّمُونَ

Onlar sadəcə olaraq, bir-birləri ilə höcətləşərkən özlərini yaxalayacaq bir tükürpədici səsi gözləyirlər.ا

Tafseer

Tafseer

36.48

وَيَقُولُونَ مَتَىٰ هَٰذَا الْوَعْدُ إِنْ كُنْتُمْ صَادِقِينَ

Onlar: “Əgər doğru deyirsinizsə, bu vəd nə vaxt olacaq?”– deyə soruşurlar.ا

Tafseer

Tafseer

36.51

وَنُفِخَ فِي الصُّورِ فَإِذَا هُمْ مِنَ الْأَجْدَاثِ إِلَىٰ رَبِّهِمْ يَنْسِلُونَ

Sur ikinci dəfə üfürülən kimi onlar dərhal qəbirlərdən çıxıb Rəbbinə tərəf axışacaqlar.ا

Tafseer

Tafseer

36.50

فَلَا يَسْتَطِيعُونَ تَوْصِيَةً وَلَا إِلَىٰ أَهْلِهِمْ يَرْجِعُونَ

Onlar nə bir vəsiyyət etməyə qadir olacaq, nə də ailələrinin yanına qayıda biləcəklər.ا

Tafseer

Tafseer

36.53

إِنْ كَانَتْ إِلَّا صَيْحَةً وَاحِدَةً فَإِذَا هُمْ جَمِيعٌ لَدَيْنَا مُحْضَرُونَ

Bircə dəhşətli səs qopan kimi onların hamısı hüzurumuza gətiriləcəklər.ا

Tafseer

Tafseer

36.52

قَالُوا يَا وَيْلَنَا مَنْ بَعَثَنَا مِنْ مَرْقَدِنَا ۜ ۗ هَٰذَا مَا وَعَدَ الرَّحْمَٰنُ وَصَدَقَ الْمُرْسَلُونَ

Onlar deyəcəklər: “Vay halımıza! Bizi yatdığımız yerdən kim qaldırdı? Bu, Mərhəmətli Allahın vəd etdiyi qiyamətdir. Elçilər doğru deyirlərmiş”.ا

Tafseer

Tafseer

36.55

إِنَّ أَصْحَابَ الْجَنَّةِ الْيَوْمَ فِي شُغُلٍ فَاكِهُونَ

Həqiqətən də Cənnət əhli həmin gün nemətlər işində kef çəkəcək.ا

Tafseer

Tafseer

36.54

فَالْيَوْمَ لَا تُظْلَمُ نَفْسٌ شَيْئًا وَلَا تُجْزَوْنَ إِلَّا مَا كُنْتُمْ تَعْمَلُونَ

Bu gün heç kəsə heç bir haqsızlıq edilməyəcəkdir. Sizə ancaq etdiyiniz əməllərin əvəzi veriləcəkdir.ا

Tafseer

Tafseer

36.57

لَهُمْ فِيهَا فَاكِهَةٌ وَلَهُمْ مَا يَدَّعُونَ

Orada onlar üçün meyvələr və istədikləri hər şey vardır.ا

Tafseer

Tafseer

36.56

هُمْ وَأَزْوَاجُهُمْ فِي ظِلَالٍ عَلَى الْأَرَائِكِ مُتَّكِئُونَ

Onlar zövcələri ilə birlikdə kölgəliklərdə taxtlara söykənəcəklər.ا

Tafseer

Tafseer

36.59

وَامْتَازُوا الْيَوْمَ أَيُّهَا الْمُجْرِمُونَ

“Bu gün möminlərdən ayrılın, ey günahkarlar!ا

Tafseer

Tafseer

36.58

سَلَامٌ قَوْلًا مِنْ رَبٍّ رَحِيمٍ

Üstəlik Rəhmli Rəbb onlara: “Salam” deyəcək.ا

Tafseer

Tafseer

36.61

وَأَنِ اعْبُدُونِي ۚ هَٰذَا صِرَاطٌ مُسْتَقِيمٌ

Mənə ibadət edin? Doğru yol budur!ا

Tafseer

Tafseer

36.60

أَلَمْ أَعْهَدْ إِلَيْكُمْ يَا بَنِي آدَمَ أَنْ لَا تَعْبُدُوا الشَّيْطَانَ ۖ إِنَّهُ لَكُمْ عَدُوٌّ مُبِينٌ

Ey Adəm övladları! Məgər Mən sizə buyurmadımmı ki, şeytana ibadət etməyin, o sizin açıq-aydın düşməninizdir,ا

Tafseer

Tafseer

36.63

هَٰذِهِ جَهَنَّمُ الَّتِي كُنْتُمْ تُوعَدُونَ

Bu sizə vəd edilmiş Cəhənnəmdir.ا

Tafseer

Tafseer

36.62

وَلَقَدْ أَضَلَّ مِنْكُمْ جِبِلًّا كَثِيرًا ۖ أَفَلَمْ تَكُونُوا تَعْقِلُونَ

Artıq şeytan içərinizdən bir çoxlarını yoldan çıxartmışdır. Məgər dərk etmirdiniz?ا

Tafseer

Tafseer

36.65

الْيَوْمَ نَخْتِمُ عَلَىٰ أَفْوَاهِهِمْ وَتُكَلِّمُنَا أَيْدِيهِمْ وَتَشْهَدُ أَرْجُلُهُمْ بِمَا كَانُوا يَكْسِبُونَ

Bu gün onların ağızlarına möhür vurarıq. Qazandıqları günahlar barəsində onların əlləri Bizimlə danışar, ayaqları da şəhadət verər.ا

Tafseer

Tafseer

36.64

اصْلَوْهَا الْيَوْمَ بِمَا كُنْتُمْ تَكْفُرُونَ

Kafir olduğunuza görə bu gün orada yanın!”ا

Tafseer

Tafseer

36.67

وَلَوْ نَشَاءُ لَمَسَخْنَاهُمْ عَلَىٰ مَكَانَتِهِمْ فَمَا اسْتَطَاعُوا مُضِيًّا وَلَا يَرْجِعُونَ

Əgər istəsəydik, onları yerlərindəcə elə eybəcər hala salardıq ki, nə irəli gedə, nə də geri qayıda bilərdilər.ا

Tafseer

Tafseer

36.66

وَلَوْ نَشَاءُ لَطَمَسْنَا عَلَىٰ أَعْيُنِهِمْ فَاسْتَبَقُوا الصِّرَاطَ فَأَنَّىٰ يُبْصِرُونَ

Əgər istəsəydik, onların gözlərini kor edərdik və onda onlar düz yolla getməyə çalışardılar. Amma necə görə bilərdilər?ا

Tafseer

Tafseer

36.69

وَمَا عَلَّمْنَاهُ الشِّعْرَ وَمَا يَنْبَغِي لَهُ ۚ إِنْ هُوَ إِلَّا ذِكْرٌ وَقُرْآنٌ مُبِينٌ

Biz ona (Muhəmmədə) şer öyrətmədik, bu ona heç yaraşmaz da. Bu ancaq öyüd-nəsihət və aydın Qurandır ki,ا

Tafseer

Tafseer

36.68

وَمَنْ نُعَمِّرْهُ نُنَكِّسْهُ فِي الْخَلْقِ ۖ أَفَلَا يَعْقِلُونَ

Kimə uzun ömür veririksə, onu xilqətcə tərsinə çeviririk. Məgər başa düşmürlər?ا

Tafseer

Tafseer

36.71

أَوَلَمْ يَرَوْا أَنَّا خَلَقْنَا لَهُمْ مِمَّا عَمِلَتْ أَيْدِينَا أَنْعَامًا فَهُمْ لَهَا مَالِكُونَ

Məgər onlar görmürlər ki, Biz onlardan ötrü sahib olduqları mal-qaranı Öz əllərimizlə yaratmışıq?ا

Tafseer

Tafseer

36.70

لِيُنْذِرَ مَنْ كَانَ حَيًّا وَيَحِقَّ الْقَوْلُ عَلَى الْكَافِرِينَ

diri olanları qorxutsun və kafirlər barəsindəki söz gerçəkləşsin.ا

Tafseer

Tafseer

36.73

وَلَهُمْ فِيهَا مَنَافِعُ وَمَشَارِبُ ۖ أَفَلَا يَشْكُرُونَ

Bunlarda onlar üçün başqa mənfəətlər və içiləcək süd də vardır. Yenə də şükür etməyəcəklərmi?ا

Tafseer

Tafseer

36.72

وَذَلَّلْنَاهَا لَهُمْ فَمِنْهَا رَكُوبُهُمْ وَمِنْهَا يَأْكُلُونَ

Yaratdıqlarımızı öz istifadələrinə verdik ki, bəzilərindən minik kimi yararlansınlar və bəzilərini də yesinlər.ا

Tafseer

Tafseer

36.75

لَا يَسْتَطِيعُونَ نَصْرَهُمْ وَهُمْ لَهُمْ جُنْدٌ مُحْضَرُونَ

Amma məbudlar onlara heç bir kömək edə bilməzlər. Hərçənd ki, onlar bunlar üçün hazır durmuş əsgərlərdir.ا

Tafseer

Tafseer

36.74

وَاتَّخَذُوا مِنْ دُونِ اللَّهِ آلِهَةً لَعَلَّهُمْ يُنْصَرُونَ

Bir çarə tapmaları üçün müşriklər Allahdan başqa məbudlar qəbul etdilər.ا

Tafseer

Tafseer

36.77

أَوَلَمْ يَرَ الْإِنْسَانُ أَنَّا خَلَقْنَاهُ مِنْ نُطْفَةٍ فَإِذَا هُوَ خَصِيمٌ مُبِينٌ

Məgər insan onu nütfədən yaratdığımızı görmür? Budur, o indi açıq-aşkar mübahisə edir.ا

Tafseer

Tafseer

36.76

فَلَا يَحْزُنْكَ قَوْلُهُمْ ۘ إِنَّا نَعْلَمُ مَا يُسِرُّونَ وَمَا يُعْلِنُونَ

Onların sözü səni kədərləndirməsin. Şübhəsiz ki, Biz onların nəyi gizli saxladıqlarını və nəyi aşkar etdiklərini bilirik.ا

Tafseer

Tafseer

36.79

قُلْ يُحْيِيهَا الَّذِي أَنْشَأَهَا أَوَّلَ مَرَّةٍ ۖ وَهُوَ بِكُلِّ خَلْقٍ عَلِيمٌ

De: “Onları ilk dəfə yaradan Özü onları dirildəcəkdir. O, hər bir məxluquna yaxşı bələddir.ا

Tafseer

Tafseer

36.78

وَضَرَبَ لَنَا مَثَلًا وَنَسِيَ خَلْقَهُ ۖ قَالَ مَنْ يُحْيِي الْعِظَامَ وَهِيَ رَمِيمٌ

O Bizə bir məsəl çəkdi, lakin yaradılışını unutdu. O dedi: “Çürümüş sümükləri kim dirildə bilər?”ا

Tafseer

Tafseer

36.81

أَوَلَيْسَ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ بِقَادِرٍ عَلَىٰ أَنْ يَخْلُقَ مِثْلَهُمْ ۚ بَلَىٰ وَهُوَ الْخَلَّاقُ الْعَلِيمُ

Göyləri və yeri yaradan onların eynisini yenidən xəlq etmək qüdrətinə malik olmazmı?! Şübhəsiz ki, O, Yaradandır, Biləndir.ا

Tafseer

Tafseer

36.80

الَّذِي جَعَلَ لَكُمْ مِنَ الشَّجَرِ الْأَخْضَرِ نَارًا فَإِذَا أَنْتُمْ مِنْهُ تُوقِدُونَ

O sizin üçün yaşıl ağacdan od əmələ gətirdi. Budur, siz indi ondan od yandırırsınız”.ا

Tafseer

Tafseer

36.83

فَسُبۡحَٰنَ ٱلَّذِي بِيَدِهِۦ مَلَكُوتُ كُلِّ شَيۡءٖ وَإِلَيۡهِ تُرۡجَعُونَ

Əlində hər şeyin hökmü Olan Allah pak və müqəddəsdir. Siz ancaq Onun hüzuruna qaytarılacaqsınız.ا

Tafseer

Tafseer

36.82

إِنَّمَا أَمْرُهُ إِذَا أَرَادَ شَيْئًا أَنْ يَقُولَ لَهُ كُنْ فَيَكُونُ

Bir şeyi yaratmaq istədikdə ona təkcə: “Ol!” deyər, o da olar.ا

Tafseer

Tafseer

Yasin surəsinin xülasəsi:

Yasin surəsi “Quranın qəlbi” adlanır. Tez-tez deyilir ki, “Yasin” həm də Məhəmməd Peyğəmbərin (s) adıdır.  83 ayədən ibarətdir və Quranın 36-cı surəsidir və 807 söz və 3028 hərfdən ibarətdir. 5 rüku (bölmə) vardır. 22-ci Cüzün bir hissəsidir və 23-cü Cüzə qədər davam edir. O, Məkkədə nazil olub, ona görə də Məkki surəsi adlanır və aşağıdakı əsas Nöqtələri vurğulayır:

1. Peyğəmbərliyin təsdiqi:

Surə Muhəmməd Peyğəmbərin (s) gətirdiyi risalətin doğruluğunu təsdiq etməklə başlayır. Onun Allah tərəfindən insanlara hidayət etmək üçün göndərilmiş bir elçi olduğu vurğulanır.

2. Allahın nişanələri:

Surədə Allahın varlığının və qüdrətinin dəlilləri yaradılış vasitəsilə işıqlandırılır. Gecə ilə gündüzün bir-birini əvəz etməsindən, bitkilərin böyüməsindən, kainatın möcüzələrindən bəhs edilərək, Allahın böyüklüyünə dəlil olaraq insanları bu əlamətlər üzərində düşünməyə sövq edilir.

3. Mesajın rədd edilməsi:

 Mesajı inkar edənlərin inadına toxunur. Onlara göstərilən açıq-aydın dəlillərə və möcüzələrə baxmayaraq, bir çoxları həqiqəti inkar etməyə davam edərək qaçılmaz cəzalarına səbəb olurlar.

4. Əvvəlki Millətlərin Nümunələri:

Surədə öz peyğəmbərlərini inkar edən və nəticədə məhvə düçar olmuş keçmiş ümmətlərin hekayətlərindən bəhs edilir. Bu, həqiqəti inkar edənlər üçün bir xəbərdarlıqdır.

5. Qiyamət və axirət:

Yasin surəsində qiyamət və ölümdən sonrakı həyatın gerçəkliyindən bəhs edilir. Burada bütün insanların Qiyamət günü dirildiləcəkləri, etdikləri əməllərə görə cavab verəcəkləri vurğulanır.

6. İlahi rəhmət:

Surə möminləri Allahın rəhmətinə əmin edir və risaləti qəbul edənləri mükafatlandırır. Möminlərin cənnətdə məskən salacaqlarını vurğulayaraq, salehlərlə kafirlərin aqibəti arasındakı ziddiyyəti vurğulayır.

7. Düşünməyə çağırış:

Surə insanları öz həyatları, ətraflarındakı Allahın dəlilləri, diriliş və hesab vermənin son həqiqəti üzərində düşünməyə çağırmaqla bitir.